Romeronun yeni dayanacağı İspaniyadır

"Tottenhem"dən ayrılacağı gözlənilən Kristian Romero karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Barselona" argentinalı futbolçunu heyətinə qatmağı planlaşdırır.

Bu haqda "Diario Sport" nəşri məlumat yayıb.

Qeyd edək ki, K.Romero cari mövsüm meydana çıxdığı 32 matçda 6 qol, 4 asistlə yadda qalıb.