Ronaldo: "Bellingemi Zidana bənzədirəm"
"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo "Real"ın ingiltərəli futbolçusu Cud Bellingem haqqında danışıb.
Sportline.az "Goal" nəşrinə istinadən xəbər verir ki, Ronaldo 21 yaşlı futbolçu haqqında bu fikirləri səsləndirib;
"Cud Bellingem mükəmməl futbolçudur. Onu Zidana bənzədirəm. Yüksək texnikaya malik oyunçudur. O "Real"ın gələcəyidir", - deyə Ronaldo bildirib.
Qeyd edək ki, Bellingem bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 30 matçda 10 qol və 10 asistlə yadda qalıb.