Ronaldo və Messi kimlərə səs verib?

FİFA-nın "The Best" mükafatının qaliblərinin müəyyənləşdirilməsi prosesində Kriştianu Ronaldu və Lionel Messinin kimlərə səs verdiyi müəyyənləşib. SportLine.az qurumun saytına istinadən xəbər verir ki, Portuqaliya seçməsinin kapitanı Madrid "Real"ındakı komanda yoldaşlarını (Luka Modriç, Serxio Ramos və Marselo) bu ada layiq görüb. Argentina millisinin lideri isə Luis Suaresi birinci, Andres İnyestanı ikinci, Neymarı üçüncü yerə layiq bilib.

Xatırladaq ki, "The Best" mükafatını K.Ronaldu qazanıb. L.Messi siyahıda ikinci olub.