Ronaldodan ikinci klinika
"Yuventus"un hücumçusu Kriştiano Ronaldo saç əkimi biznesini inkişaf etdirməyə davam edir.
Sportline.az "Forbes"ə istinadən xəbər verir ki, portuqaliyalı oyunçu İspaniyanın Marbella şəhərində bununla bağlı ikinci klinika açıb.
Klinikanın sahəsi 4 min kvadratmetrdir və burada 100-ə yaxın insan çalışacaq. Klinikada 15 funksional otaq - əməliyyat otaqları, müalicə otaqları, müxtəlif həkimlərin məsləhətləşmələri və kabinetləri olacaq.
Qeyd edək ki, Ronaldo ilk klinikasını 2019-cu ildə Madriddə açıb. O, vaxtdan bəri 6 mindən çox insan klinikaya müraciət edib.