Ronaldodan Naniyə hədiyyə

"Avro-2016"nın bombardirlər yarışında ikinci olan Kriştiano Ronaldo "gümüş buts" mükafatını komanda yoldaşına hədiyyə edib. SportLine.az xəbər verir ki, Portuqaliya millisinin kapitanı mükafatı çempionat ərzində onunla eyni sayda qola imza atan Luiş Naniyə verib. 

Bununla bağlı mətbuata açıqlama verən Nani Ronaldoya təşəkkürünü bildirib.

Xatırladaq ki, bombardirlər siyahısında birinci olan Antuan Qrizman "qızıl buts"a layiq görülüb.