Ronaldonun "Mançester Yunayted"də ilk açıqlaması

"Mançester Yunayted" ilə bu gün müqaviləyə imza atan Kriştianu Ronaldu hisslərini dilə gətirib.

Sportline.az xəbər verir ki, klubun rəsmi saytına danışan portuqaliyalı ulduz futbolçu bu transferin baş tutmasından təsirləndiyini bildirib:

"Mançester Yunayted" hər zaman ürəyimdə xüsusi yerə sahib olan komandadır. Cümə günü kluba gəlişim elan edildikdən sonra aldığım təbrik mesajlarının sayı hesabı yox idi. Çox duyğulanmışdım. "Old Trafford"da dolu bir stadionun qarşısında oynamaq və bütün azarkeşləri bir daha görmək üçün səbirsizlənirəm. Beynəlxalq oyunlardan sonra komandaya qoşulmağı səbirsizliklə gözləyirəm və ümid edirəm ki, uğurlu mövsüm keçirəcəyik”

Xatırladaq ki, bu gün Ronaldu "Mançester Yunayted" ilə iki illik müqaviləyə imza atıb.