Ronaldu: "Bundan artıq nə istəyə bilərəm?"
"Möhtəşəm mövsüm keçirdik. La Liqa və Çempionlar Liqasında qalib olduq. Bundan artıq nə istəyə bilərəm?"
SportLine.az sport.es saytına istinadən xəbər verir ki, bu sözləri Madrid "Real"ının ulduzu Kriştianu Ronaldu deyib.
Qələbəni şərh edən futbolçu "Qızıl Top"a iddialı olduğunu da deyib: "Hazırda "Qızıl Top" barədə düşünmürəm. Qazandığımız qələbələrin həzzini yaşamaq niyyətindəyəm. Təbii ki, mükafata da əsas namizədlərdən biri olacağımız düşünürəm".
Qeyd edək ki, K.Ronaldu finaldakı dublu ilə Lionel Messini Çempionlar Liqasında bombardirlik yarışında qabaqlayıb. Hesabındakı qolların sayını 12-ə çatdıran portuqaliyalı hücumçu mövsümün ən məhsuldar oyunçusu olub.