Ronaldu tibbi müayinədən keçdi
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu "Mançester Yunayted"ə qayıtmazdan əvvəl tibbi müayinədən keçib.
Sportline.az xəbər verir ki, bu barədə "Sky Sports" saytı məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, futbolçu tibbi yoxlanışdan uğurla keçib.
Xatırladaq ki, bir neçə gün öncə "Mançester Yunayted" portuqaliyalı hücumçunun İngiltərə klubuna qayıtdığını rəsmən elan edib.