Ronaldudan növbəti xeyirxah addım
Madrid "Real"ının portuqaliyalı futbolçusu Kriştiano Ronaldo “Qızıl top” mükafatlarından birini xeyriyyə məqsədi ilə satışa çıxarıb.
Sportline.az xəbər verir ki, “Make-A-Wish” adlı yardım təşkilatının həyata keçirdiyi tədbirdə mükafat 600 min avroya satılıb. “Qızıl top”u İsrailin ən varlı şəxslərindən olan İdan Oferin aldığı bildirilir.
“Make-A-Wish” Ronaldonun “Qızıl top”unun satışından əldə olunan pulu ölümcül xəstəliklərlə mübarizə aparan uşaqların müalicəsinə xərcləyəcək.
Qeyd edək ki, K. Ronaldo 2008, 2013, 2014 və 2016-cı illərdə də dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.