Ronaldunun bacısı məhkəməyə verildi

Madrid "Real"ının portuqaliyalı ulduzu Kriştiano Ronaldonun bacısı Katya Aveyro məhkəməyə verilib. Sportline.az xəbər verir ki, o, ev xərclərini ödəmədiyinə görə bu vəziyyətlə üzləşib. Lissabonda yaşadığı mənzilin təmizlik işlərinə görə ödəməli olduğu pulu ödəməyən Katya qonşuları tərəfindən məhkəməyə verilib.