Rüfət Dadaşov darmadağına sevindi
Futbol üzrə ABŞ I liqasında 13-cü turun oyunları keçirilib.
Sportline.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” də növbəti matçına çıxıb.
Doğma meydanda “Los Anceles Qalaksi”nin ikinci komandası ilə qarşılaşan “Finiks Rayzinq” bu oyundan qələbə ilə ayrılıb - 5:0.
Dadaşov start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. Komandasının üçüncü qolunu da millimizin sabiq forvardı vurub. O, 45-ci dəqiqədə fərqlənib. Bundan 5 dəqiqə öncə isə Rüfət məhsuldar ötürmə verib.
Cari mövsümdə keçridiyi 12 oyunda 26 xal toplayan “Finiks Rayzinq” hazırda zirvədə qərarlaşıb. Dadaşov isə bu mövsüm meydana çıxdığı 11 oyunda 3 qol vurub.