Rumıniyalı ulduz "Qalatasaray"da

"Qalatasaray"ın qadınlardan ibarət voleybol komandası 2003-cü il təvəllüdlü rumıniyalı oyunçu Aleksia Karutasu ilə razılığa gəlib.

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi hesabı məlumat yayıb.

Peşakar karyerasına Rumıniyanın "Buxarest" klubunda başlayan Aleksia, milli komanda ilə çıxış etdiyi U-17 Balkan Çempionatının ən yaxşı oyunçusu seçilib.

Aleksia daha əvvəl Türkiyədə "Yeşilyurt" komandasının formasını geyibin və CEV Challenge kubokunu qazanıb.

Qeyd edək ki, 21 yaşlı voleybolçu 2021/2022 mövsümündə icarə əsasında "Sarı-qırmızılılar"ın şərəfini qoruyub.