Runi İngiltərə millisindən kənarda qaldı

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt DÇ-2018-in təsnifat mərhələsində Şotlandiya ilə və yoldaşlıq görüşü çərçivəsində Fransa ilə keçiriləcək oyunlar üçün komandanın heyətini açıqlayıb. SportLine.az xəbər verir ki, hazırlıq prosesində iştirak edəcək 25 nəfərlik heyətdə "Mançester Yunayted"in oyunçusu Ueyn Runinin adı yoxdur:

Qapıçılar: Freyzer Forster («Sauthempton»), Co Hart («Torino»), Tom Xiton («Bernli»), Cek Batlend («Stok Siti»).

Medafiəçilər: Qari Kehill («Çelsi»), Nataniel Klayn («Liverpul»), Aaron Kressvel («Vest Hem Yunayted»), Ben Gibson («Midlsbro»), Fil Cons, Kris Smollinq (hər ikisi «Mançester Yunayted»), Con Stounz («Mançester Siti»), Kiran Trippyer, Kayl Uolker (hər ikisi «Tottenhem»), Rayan Bertrand («Sauthempton»).

Yarımmüdafiəçilər: Dele Alli, Erik Dayer (hər ikisi «Tottenhe»), Adam Lallana («Liverpul»), Cesi Linqard («Mançester Yunayted»), Ceyk Livermor («Vest Bromviç Albion»), Aleks Oksleyd-Çemberlen («Arsenal»), Rahim Sterlinq («Mançester Siti»).

Hücumçular: Cermeyn Defo («Sanderlend»), Harri Keyn («Tottenhem»), Markus Raşford («Mançester Yunayted»), Ceymi Vardi («Lester Siti»).