Şeydayev “Soçi” ilə 3 xal qazandı
Rusiya Birinci Liqasında 10-cu turun oyunları keçirilir.
Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi "Soçi" klubu doğma meydanda "Pari NN" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün taleyini həll edən yeganə qolu 78-ci dəqiqədə Q.Popolitov rəqib qapısından keçirib.
Ramil Şeydayev oyuna əsas heyətdə başlayıb və 69-cu dəqiqədə əvəzlənib.