"ÇL-ə layiq olduğumuzu sübut etməliyik" - Coy Lens Mikels
"Nəhayət, Azərbaycan çempionatında ilk het-trikimi etdim. Bu, mənim üçün çox özəldir və böyük əhəmiyyət daşıyır".
Sportline.az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Coy Lens Mikels Misli Premyer Liqasının 4-cü turu çərçivəsində "Zirə"yə 5:0 hesabı ilə qalib gəldikləri matçdan sonra klubun mətbuat xidməıtinə açıqlamasında bildirib. Komandasının qələbəsinə 3 qolla töhfə verən futbolçu bu nəticənin onun üçün xüsusi olduğunu qeyd edib :
"Nəhayət, Azərbaycan çempionatında ilk het-trikimi etdim. Bir az qəribə səslənir, çünki artıq 2021-ci ildən buradayam. Amma bunu indi etdiyim üçün çox xoşbəxtəm. Bu, mənim üçün çox özəldir və böyük əhəmiyyət daşıyır. Uzun illərdir çempionatda het-trik etmək istəyirdim. "Sabah"ın heyətində avrokuboklarda artıq etmişdim, amma çempionatda buna heç vaxt nail ola bilməmişdim. Buna görə çox xoşbəxtəm. Topu bütün komanda üzvlərinə imzalatdıracağam".
- “Mançester Yunayted”lə qarşılaşmaq üçün çox həyəcanlı olan futbolçulardan biri idiniz. “Old Trafford”dakı oyun öncəsi özünüzü necə hiss edirsiniz?
- Səbirsizliklə gözləyirəm. Düşünürəm ki, hamı bu oyunu gözləyir. Çempionlar Liqasında olduğumuz üçün çox xoşbəxt və məmnunuq. Amma indi Çempionlar Liqasına layiq olduğumuzu sübut etməliyik. Çətin olacaq, amma öz futbolumuzu oynamağa çalışacağıq və ümid edirəm ki, xal qazana biləcəyik.