Zerbinin "Tottenhem"i bu dəfə də qol vura bilmədi

İngiltərə Premyer Liqasına uğursuz başlayan “Tottenhem” 3-cü turda da qələbə qazana bilməyib.

Sportline.az xəbər verir ki, Roberto De Zerbinin komandası səfərdə “Nottinqem Forest”lə qarşılaşıb. Görüşdə qalib müəyyənləşməyib - 0:0.

İlk hissədə London təmsilçisi topa daha çox nəzarət etsə də, cəmi 4 zərbə endirib və heç birində çərçivəni dəqiq nişan ala bilməyib. “Nottinqem Forest” isə 7 zərbə ilə yadda qalıb, onlardan biri qapıya dəqiq olub. İkinci hissədə “Tottenhem” hücumlarını artırıb. 66-cı dəqiqədə meydan sahibləri hesabı açsa da, qol əllə oyuna görə qeydə alınmayıb.

Beləliklə, “Tottenhem” mövsümdə ilk xalını qazanıb. Komanda ilk 3 turdan sonra qalib gələ bilməyib və qol vura bilməyib. “Nottinqem Forest”in isə aktivində 2 xal var.