Runi qalmaqallı şəkilə münasibət bildirdi
“Mançester Yunayted” və İngiltərə millisinin hücumçusu Ueyn Runi qalmaqallı şəkilə, daha doğrusu həmin şəkildəki halına görə üzr istəyib. SportLine.az xəbər verir ki, İspaniya ilə yoldaşlıq matçından qabaq səhərədək barda əylənən 31 yaşlı futbolçu meneceri vasitəsilə üzrxahlığını bildirib. Xatırladaq ki, 2-2 hesabı ilə bitən oyunda, komandanın əsas üzvlərindən sayılan Runinin zədə səbəbindən kənarda qaldığı haqda məlumat yayılmışdı. İngiltərə millsinin çalışdırıcısı Qaret Sautqeyt də, öz növbəsində, forvardın idman rejimini pozduğuna görə düşərgədən kənarlaşdırılması xəbərini təkzib etmişdi.