Runi üçün 45 milyonluq təklif

"Mançester Yunayted"in futbolçusu Ueyn Runi bu yay komandadan ayrıla bilər. SportLine.az BBC Sport-a istinadən xəbər verir ki, "Stok Siti" futbolçunun xidmətində maraqlıdır. 

"Stok Siti" 31 yaşlı hücumçunun keçidi üçün 45 milyon funt-sterlinq xərcləməyə hazırdır.

Qeyd edək ki, U.Runi 2004-cü ildən "qırmızı şeytanlar"ın şərəfini qoruyur.