Rusiya futbolunun məşhur siması 3-cü dəfə evləndi

Rusiya futbolunun məşhur simalarından sayılan Valeri Karpin 3-cü dəfə ailə həyatı qurub. Sportline.az qazeta.ru-ya istinadən xəbər verir ki, yaxın keçmişin məşhur yarımmüdafiəçisi, estoniyalı ingilis dili müəllimi Darya Qordeyeva ilə evlənib. Xatırladaq ki, "Spartak"ın sabiq baş məşqçisi, vaxtilə Rusiyanın eyni adlı komandasının, həmçinin, İspaniyanın "Selta" və "Real" Sosyedad klublarının şərəfini qoruyub.