Rusiyada 22 yaşlı xokkeyçi aldığı zədədən dünyasını dəyişib
Rusiyanın "Lipetsk" klubunun sabiq xokkeyçisi Andrey Boltov 22 yaşında dünyasını dəyişib.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, gənc oyunçunun ölümünə matç zamanı onurğasından aldığı zədə səbəb olub.
Xokkeyçi bir neçə ay xəstəxanada müalicə alsa da, onun həyatını xilas etmək olmayıb.
Qeyd edək ki, Andrey Boltov 2018-ci ildən "Lipetsk"in formasını geyinib.