Rusiyada prinsipial oyun: 10 sarı, 1 qırmızı vərəqə, 2 qol
Rusiya çempionatının 4-cü turunda diqqətlər Moskvaya yönəlmişdi.
Sportline.az xəbər verir ki, söhbət “Lokomotiv” – “Zenit” matçından gedir.
Prinsipial görüş gözlənildiyi kimi gərgin mübarizə şəaritində keçib. İlk hissədə hesab açılmayıb. 10 sarı vərəqənin qeydə alındığı matçda qonaqlar azlıqda qalıblar. Daler Kuzyayev oyundan kənarlaşdırılıb.
Hesabı qonaqlar açıblar. 85-ci dəqiqədə Aleksey Sutormin tarazlığı pozub.
Ruhdan düşməyən meydan sahibləri irəli atılıblar. Moskva futbolçuları bunun bəhrəsini 90-cı dəqiqədə görüblər. Fyodor Smolov hesabı bərabərləşdirib. 1-1.
Beləliklə, xal itirməsinə baxmayaraq “Zenit” liderliyini davam etdirir.