Rusiyalı məşqçi İngiltərə klubunda

Rusiyanın tanınmış mütəxəssislərindən sayılan Leonid Slutski karyerasının İngiltərədə davam etdirəcək. Sportline.az xəbər verir ki, 46 yaşlı məşqçi "Hal Siti" komandasını çalışdıracaq. Müqavilənin şərtləri hələlik açıqlanmır. Xatırladaq ki, sözügedən komanda son mövsümün nəticələrinə əsasən Premyer Liqanı tərk edib.