"Sabah" Gürcüstan klubuna qarşı

Yeni mövsümə hazırlığı Gürcüstanda davam etdirən "Sabah" bu gün növbəti yoxlama oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi yerli "Telavi" ilə qarşılaşacaq. Görüş Bakı vaxtlı ilə saat 19:00-da başlayacaq.
 
Qeyd edək ki, “Sabah” Gürcüstanda ilk yoxlama oyununda "Şukura"ya 1:0 hesabı ilə qalib gəlib, ikinci görüşdə "Samqurali"yə eyni hesabla uduzub. Komanda ayın 28-də “Saburtalo” ilə də yoxlama oyunu keçirəcək.

26 iyul

Yoxalam oyunu

19:00."Sabah" - "Telavi" (Gürcüstan)
“Zestafoni” təlim-məşq bazası.