"Sabah" millinin qapıçısı ilə maraqlanır
Yusif İmanovla yollarını ayıran "Sabah" klubu yeni qapıçı axtarışındadır.
Sportline.az Fanat.Az-a istinadla xəbər verir ki, "bayquşlar" Moldova millisinin qolkiperi Andrey Kojuxarı heyətə qatmaq variantını nəzərdən keçirirlər.
Ukraynanın "Veres" klubunun formasını geyinən 26 yaşlı qolkiperlə hələ razılıq əldə edilməsə də, onun Azərbaycan təmsilçisinə keçmək ehtimalı az deyil.
Qeyd edək ki, ötən mövsüm Ukrayna Premyer Liqasında 27 matça çıxan Kojuxar Ukrayna Kubokunda da 2 oyun keçirib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.