"Sabah" Periçiçi transfer etdi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
 
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi Şpiro Periçiç paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. 27 yaşlı futbolçu ilə bağlanmış müqavilənin müddəti 1 ildir.

Şpiro karyerası ərzində Xorvatiyanın “Primorats Stobrets” (2012/13), “Solin” (2013/14), “Duqopolye” (2013-2015, 2015-2017), “Slaven Koprivnitsa” (2014/15), “Çibaliya” (2017/18), Sloveniyanın “Mura” (2018/19) və “Maribor” (2019-2021) komandalarında çıxış edib.

Periçiç “Sabah”da 55 nömrəli formada çıxış edəcək.