"Sabah"ın Çempionlar Liqasındakı rəqibi məlum oldu

Kişilərdən ibarət "Sabah" basketbol klubunun Çempionlar Liqasında rəqibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, Azərbaycan çempionu təsnifat mərhələsində İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək.

Bu raundun qarşılaşmaları sentyabrın 15-22-də olacaq.

Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq "Sabah" təsnifat mərhələsində büdrəsə, mübarizəni Avropa Kubokunda davam etdirəcək.