Sabiq "Çelsi"li "Mançester Yunayted"ə keçə bilər
"Çelsi"nin sabiq futbolçusu Konor Qallaher karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Mançester Yunayted" sözü gedən futbolçunu heyətinə qatmaqda israrlıdır.
Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, Mançester klubu yanvarda Qallaher üçün "Atletiko Madrid"ə rəsmi təklif göndərəcək.