Sabiq FİFA referimizə ağır itki üz verib

Beynəlxalq dərəcəli futbol hakimi, hazırda hakim-inspektor olan Orxan Məmmədova ağır itki üz verib.

Sportline.az xəbər verir ki, 40 yaşlı ədalət təmsilçisinin övladı dünyasını dəyişib. 

Səhhətində problem olan və bir neçə dəfə beyin əməliyyatı keçirən Neymət 11 yaşında vəfat edib. 

Xatırladaq ki, 2005-ci ildən hakimlik karyerasına başlayan sabiq FİFA referisi Orxan Məmmədov 2008-2010-cü illərdə laynsman, 2015-2017-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb. 2021/2022 mövsümündən isə hakim-inspektordur.

Orxan Məmmədova dərin hüznlə baş sağlığı verir, Allahdan səbr diləyirik.