Sabiq "Qalatasaray"lı rəsmən "Fənərbağça"da

"Fənərbağça" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Niderland PSV-sindən Brumanı icarəyə götürüb. Tərəflər 1 illik müqavilə imzalayıb.

Bruma 2013-2016-cı illərdə "Qalatasaray"da çıxış edib.

O, ötən mövsüm PSV-lə 46 oyun keçirib, 10 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.