Sabiq "Qalatasaray"lının yeni klubu

Türkiyənin "Adana Dəmirspor" klubu heyətini legioner futbolçu ilə gücləndirib.

Sportline.az Superliqa klubunun rəsmi saytına istinadən xəbər verir ki, Adana təmsilçisi Badu Ndiayeni heyətinə qatıb. 31 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Ndiaye daha əvvəl Türkiyədə "Qalatasaray", "Trabzonspor" və "Fatih Karagümrük"də çıxış edib.