Sabiq "Qarabağ"lı het-trik etdi
"Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike hazırkı klubu "Sivasspor"da het-trik edib.
Sportline.az xəbər verir ki, o, Türkiyə Superliqasının 29-cu turunda "Adana Demirspor"la səfər matçında (3:2) komandasının hər üç qolunun müəllifi olub. Braziliyalı oyunçu 28, 54, 90+2-ci dəqiqələrdə fərqlənib.
Qeyd edək ki, P.Enrike 2017/18 mövsümündə icarə qaydasında Ağdam klubunda çıxış edib.