Sabiq "Səbail"linin yeni klubu
“Səbail”lə yollarını ayıran Florian Kadriu karyerasını Şimali Makedoniyada davam etdirəcək.
Sportline.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Struqa”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kadriu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Kadriu 2020-ci ilin avqustunda Şimali Makedoniyanın “Renova” klubundan “Səbail”ə keçmişdi. O, “dənizçilər”in heyətində 20 oyuna çıxıb.