Benites "Nyukasl"ı diriltdi
İngiltərənin ən tanınmış klublarından olan ""Nyukasl" yenidən Premyer Liqaya qayıdır. Sportline.az xəbər verir ki, Çempionşipin 44-cü turunda "Preston" üzərində inamlı qələbə çalan "sağsağanlar" elitaya vəsiqəni təmin ediblər. Rafael Benitesin komandası üçün son turlar formal xarakter daşıyacaq. Xatırladaq ki, ötən mövsümü Premyer Liqada 18-ci yerdə bitirən "Nyukasl" aşağı liqaya yuvarlanmışdı.
