Samedovun "Lokomotiv"dəki taleyi necə oldu?

Moskva “Lokomotiv”inin baş məşqçisi Yuri Syomin Aleksandr Samedovu klubun bazasından qovduğu haqda yayılan xəbərləri təkzib edib.

-Mən onu məşqdən qovmuşam? Bu cəfəngiyyatı kim uydurub?

Samedov əvəzedici komandaya göndərilib. Yaxşı məşq etsə, yenidən əsas komandaya qayıdacaq. Əks halda orada qalacaq.

Xatırladaq ki, baş məşqçi ilə mübahisə edən Aleksandr Samedovun “Lokomotiv”in bazasından qovulduğu bildirilirdi.