Samir Məsimov Rusiya klubunda baxışdadır

"Neftçi"nin sabiq futbolçusu Samir Məsimov Rusiyanın I divizionunda çıxış edən "Fakel" klubunda baxışdadır. Sportline.az Voronej klubunun rəsmi saytına istinadən xəbər verir ki, Samir"Avanqard"la yoxlama matçının ilk yarısında meydanda olsa da  real qol vəziyyətindən yararlana bilməyib. 

Xatırladaq ki, Moskvanın "Lokomotiv" və "Spartak" klublarının yetirməsi olan Samir,  2014-cü ilin yanvarında "Lokomotiv"dən "Neftçi"yə transfer olunub. Bakı klubunun heyətində 67 rəsmi oyuna çıxaraq 3 qol vurub. 2016-cı ilin fevralında Sloveniyanın "Domjale" klubuna keçən (6 oyun, 163 dəqiqə) futbolçu son mövsümü AZAL-da keçirib (8 oyun, 408 dəqiqə).