Sanço maaşının azalmasına razıdır
"Mançester Yunayted" ingiltərəli futbolçusu Ceydon Sançonu bu yay satmaq fikrində qətidir.
Sportline.az xəbər verir ki, futbolçunun özüdə klubdan qalmaq niyyətdə deyil.
Bu haqda "Corriere dello Sport" nəşri məlumat yayıb.
"Yuventus" Sanço üçün İngiltərə klubuna təklif göndərib.
25 yaşlı futbolçu Turin klubuna keçməyə razılıq verib və maaşının azalmasınada razıdır.
Qeyd edək ki, Ceydon Sanço ötən mövsümü "Çelsi" klubunda icarə əsasında keçirib.
Onun transfer qiyməti 30 milyon avrodur.