Sançonun transfer qiyməti aşağı düşüb
"Mançester Yunayted"in rəhbərliyi ingiltərə futbolçu Ceydon Sançonun transfer qiymətini 15 milyon avroya endirib.
Sportline.az "Give Me Sport" nəşrinə istinadən xəbər verir ki, "Yuventus" sözü gedən futbolçunun xidmətində maraqlıdır.
25 yaşlı futbolçu Turin klubuna keçməyə razılıq verib. Oyunçunun maaşın azalmasına etiraz etmir.
Qeyd edək ki, Sançonun "Mançester Yunayted"lə sözləşməsi 2026-cı ilin iyun ayına qədərdir.
O, ötən mövsümü "Çelsi"də icarə əsasında keçirib.