“Sanki uzun illərdir bu komandadayam“
Qapıçı Canluici Donnarumma “Mançester Siti”yə keçidindən sonra təəssüratlarını bölüşüb və komandada necə qarşılandığını açıqlayıb.
Sportline.az xəbər verir ki, PSJ-dən İngiltərə təmsilçisinə 30 milyon avroya keçən italiyalı qolkiper klubun rəsmi saytına açıqlama verib:
“Sanki uzun illərdir bu komandadayam – elə isti və səmimi qarşıladılar ki, özümü evimdə hiss edirəm. Bu, mənim üçün qürurverici bir hissdir. Komandanın bir ailə kimi olması çox önəmlidir", - deyə Donnaruma bildirib.