Savinyo "Tottenhem" yolunda
"Mançester Siti"nin futbolçusu Savinyo yayda "Tottenhem"ə keçə bilər.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
22 yaşlı oyunçu "mahmızlar"a keçməyə razılıq verib.
Qeyd edək ki, Savinyo bu mövsüm meydana çıxdığı 36 matçda 4 qol, 3 asistlə yadda qalıb.