"Səbail" legioneri ilə vidalaşdı
"Səbail" klubu qapıçısı Nikolas Hagenlə yollarını ayırıb.
Sportline.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı xəbər yayıb.
Qvatemalalı qolkiperin başa çatan müqaviləsi yenilənməyib.
Qeyd edək ki, 2020/2021-ci il mövsümündən “Səbail”in formasını geyinən Hagen 27 oyunda meydana çıxıb. O, bu görüşlərin 6-da qapısını toxunulmaz saxlayıb.