"Səbail" yeni transferi açıqladı
I Liqa təmsilçisi "Səbail" növbəti transferini həyata keçirib.
Sportline.az xəbər verir ki, Bakı klubu yarımmüdafiəçi Roman Hüseynovu heyətinə cəlb edib.
Məlumatı klubun mətbuat xidməti yayıb.
Son olaraq “Difai”də çıxış etmiş futbolçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
"Dənizçilər" bundan əvvəl "Şahdağ Qusar"ın hücumçusu Ruslan Voronsovu transfer etmişdi.
Qeyd edək ki, "Səbail" 12 turdan sonra 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.