"Səbail"də üç yeni müqavilə
“Səbail” daha 3 futbolçu ilə müqavilə imzalayıb. SportLine.az xəbər verir ki, Premyer Liqanın debütantı heyətindəki oyunçularla yenidən anlaşıb.
Belə ki, ötən mövsümün əvvəlindən "Səbail"də çıxış edən Təyyar Məmmədov "Neftçi"dən 6 aylıq, qış fasiləsində komandaya qoşulan Orxan Qurbanlı isə 1 illik icarəyə götürülüb.
Son mövsümü bu komandada keçirən daha bir oyunçu – Eltun Yaqublu da daha bir il “aslanlar”ın şərəfini qoruyacaq.