"Səbail"dən iki transfer

Premyer Liqamızın debütantı "Səbail" yeni mövsüm üçün ilk transferlərini həyata keçirib. 

SportLine.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Kamal Qurbanov və Emin Mehtiyev paytaxt təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, müdafiəçi Kamal Qurbanov son olaraq "Neftçi"də, yarımmüdafiəçi Emin Mehtiyev isə "Zaqatala"da çıxış edib.