"Səbail"in futbolçusu "Karvan-Yevlax"da
"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb.
Sportline.az xəbər verir ki, əyalət təmsilçisi "Səbail"dən Emin Rüstəmovu icarəyə götürüb.
Bu barədə paytaxt klununun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı müdafiəçi mövsümün sonuna qədər Yevlax klubunda oynayacaq.
Azərbaycanın U-21 millisinin üzvü olan E.Rüstəmov bu mövsüm "Səbail"in heyətində 9 oyun keçirib.
Qeyd edək ki, "Karvan-Yevlax" qış fasiləsində Rauf Rüstəmli və Samir Abdullayevi də sıralarına qatıb.