"Səbail"in Gürcüstanda ilk sınağı
Gürcüstanda təlim-məşq toplanışında olan “Səbail” bu gün yoxlama görüşü keçirəcək.
Sportline.az xəbər verir ki, “dənizçilər” yerli “Şevardeni” klubu ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.
Xatırladaq ki, “Səbail” Bakıdakı toplanışda “Keşlə”(1:1), “Qarabağ”-2 (0:0), “Qəbələ”(2:3) ilə yoxlama görüşləri keçirib. Komandanın Gürcüstan toplanışındakı növbəti rəqibləri hələlik açıqlanmayıb.