Sərbəst güləşçilərimiz xatirə turnirində iştirak edəcəklər

11-14 may 2018-ci il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikasının Kaspiysk şəhərində beşqat dünya çempionu Əli Əliyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçiriləcək.

SportLine.az xəbər verir ki, yığma komandanın məşqçiləri Əşrəf Əliyev, Saypulla Absaidov və Sadruddin Ayqubovun rəhbərliyi altında qonşu respublikada 17 güləşçimiz mübarizə aparacaq. Heyətdə İslam Bazarqanov (57 kq), Elçin Vəliyev, Məhəmmədhacı Qasımov, Mircəlal Həsənzadə (hamısı 61 kq), Əli Rəhimzadə, Ənvərbəy Dalqatov, Davud İbrahimov (hamısı 65 kq), Hacımurad Hacıyev, Məhəmməd Müslümov (hər ikisi 70 kq), İsmayıl Abdullayev, Abubakar Abakarov, Hacımurad Ömərov (hamısı 74 kq), İbrahim Yusubov, Murad Süleymanov (hər ikisi 79 kq), Cavid Sadıqov, Aslanbek Alborov (hər ikisi 92 kq) və Alimaqomed Alixmayev (97 kq) yer alıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı, Kamran Əliyev, Zaur Şərifov və Babək Allahverdiyev təmsil edəcək. 

Azərbaycan Güləş Federasiyasının məlumatı