Marmuş "Tottenhem"də

“Mançester Siti”nin hücumçusu Omar Marmuş “Tottenhem”ə keçidi ilə bağlı danışıqlarda son mərhələyə gəlinib.

Sportline.az xəbər verir ki, misirli futbolçu London klubuna keçidi rəsmiləşdirməzdən əvvəl tibbi müayinədən keçəcək.Bildirilir ki, 60 milyon funt sterlinq qarşılığında baş tutacağı gözlənilən transfer üzrə Marmuş “Tottenhem”lə 4+1 illik müqavilə imzalayacaq.

Məlumata görə, futbolçunun tibbi müayinədən keçməsi üçün artıq icazə verilib. Transfer tamamlandıqdan sonra Marmuş “Tottenhem”in heyətinə qoşulacaq.

Qeyd olunur ki, futbolçunun əvvəlki klubu “Ayntraxt Frankfurt” satışdan pay maddəsinə malik olsa da, bu transferdən heç bir ödəniş əldə etməyəcək.