Sergen Yalçın "Fənərbağça"nın oyunçusunu komandasında görmək istəyir
"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın "Fənərbağça"nın futbolçusu İsmail Yüksekin komandasında görmək istəyir.
Sportline.az xəbər verir ki. bu haqda jurnalist Ertan Süzgün məlumat yayıb.
52 yaşlı mütəxəsis İsmailin transferini rəhbərliktən tələb edib.
Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçinin "Fənərbağça" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Onun transfer qiyməti 15 milyon avro olaraq təyin olunub.