"Sevilya" 1/4 finalda, "Deportivo" kubokla vidalaşdı
İspaniya kubokunda 1/8 final mərhələsinin cavab görüşləri keçirilir. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Birinci oyunda "Betis"ə aman verməyən "Sevilya" yenə qələbəni nayram edib. "Deportivo" isə "Mirandes"ə uduzaraq mübarizəni dayandırıb.
12 yanvar 2016
"Kopa del Rey", 1/8 final
"Sevilya" - "Betis" - 4:0
Qollar: Reyes, 4 (1:0), Rami, 35 (2:0), Qameyro, 73 (3:0), Kakuta, 89 (4:0)
İlk oyun - 2:0
"Deportivo" - "Mirandes" - 0:3
Qollar: Provensio, 41 (0:1), Bastidas, 55 (0:2), Provensio, 71 (0:3)
İlk oyun - 1:1