"Shahdag Running Fest" qaçış yarışı keçirilib

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının dəstəyi və Şahdağ Turizm Mərkəzinin və "Race.az"ın təşkilatçılığı ilə "Shahdag Running Fest" qaçış yarışı keçirilib.

Sportline.az xəbər verir ki, yarışda Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Pakistan, Küveyt, Ukrayna Birləşmiş Krallıq, Avstriyadan 600-ə yaxın həvəskar atlet qaçış yarışında qələbə üçün mübarizə aparıb.

İdmançılar 53, 27 və 9 km-lik məsafələr üzrə yarışaraq birincilik uğrunda mübarizə aparıblar.

Yarışın nəticələri:

Qadınlar arasında 9 km
I yer Məmmədbəyova Arzu
II yer Şetinina Yelena
III yer Mayorova Alyona

Qadınlar arasında 27 km
I yer Qəribova Nəzrin
II yer Yusupova Anna
III yer Nistl Simone

Qadınlar arasında 53 km
I yer Vallek Natalya
II yer Abdinova Leyla
III yer Həsənova Emiliya

Kişilər arasında 9 km
I yer Mikayilzadə Musa
II yer Zalıyev Nəcməddin
III yer Qalabağıyev Nəbiulla

Kişilər arasında 27 km
I yer Quliyev Faqət
II yer Qalabağıyev Nasrulla
III yer Xeyirov Rauf

Kişilər arasında 53 km
I yer Əliyev Ağa
II yer Askarov Elmir
III yer Rzayev Rasim

Sonda qaliblər təşkilatçılar tərəfindən medallar və müxtəlif hədiyyələrlə təltif olunublar.